Dağıntıları altında qalan - Qəzzalı ailə..

Dağıntıları altında qalan - Qəzzalı ailə.. Dünya

İsrailin hücumları zamanı bombalanmış evinin dağıntıları altında qalan Qəzzalı ailə 9 gün sonra məhdud imkanlarla xilas edilib.

News24.az xəbər verir ki, xilasetmə əməliyyatının ardından Fələstin Mülki Müdafiə Birliyi yazılı açıqlama verib.

Açıqlamada, "9 gün dağıntılar altında qaldıqdan sonra məhdud imkanlar və primitiv əl avadanlıqlarından istifadə etmələrinə baxmayaraq qruplarımız çətin şəraitdə Əhməd Naim adlı uşağı və 4 ailə üzvünü sağ-salamat xilas edə bilib" deyilib.

Qəzza zolağının şimalındakı Əz-Zeytun rayonunda dağıntılar altından xilas edilən 10 yaşlı fələstinli Əhməd Naimin dəri və sümüyə çevrilməsi diqqət çəkib.

Mülki Müdafiə Bölməsinin yayımladığı videoda xilasetmə qruplarının Naimi kəndir vasitəsilə diqqətlə dağıntılar altından çıxardığı görünür.

Xatırladaq ki, fevralın 20-də İsrail ordusu yüzlərlə fələstinli ailənin köçkün düşdüyü Zeytun rayonuna qurudan hücuma keçdiyini və onlarla evi bombaladığını açıqlayıb. Hücum nəticəsində azı 30 fələstinli ölüb, onlarla insan yaralanıb.

Günel Məlikzadə