Daha bir hava limanında bütün uçuşlar dayandırıldı
Dünya
Şotlandiyanın Edinburq hava limanında hava hərəkətinə nəzarət sistemində yaranan kompüter nasazlığı səbəbindən bütün uçuşlar müvəqqəti dayandırılıb.
News24.az xəbər verir ki, bu barədə hava limanı rəsmi sosial media hesabında məlumat yayıb.
Bildirilib ki, texniki qruplar problemi mümkün qədər tez aradan qaldırmaq üçün çalışır. Sərnişinlərə uçuşların vəziyyəti ilə bağlı aviaşirkətlərlə əlaqə saxlamaqları tövsiyə olunub.
Qeyd edək ki, Edinburq hava limanında 40 aviaşirkət fəaliyyət göstərir və bu liman Böyük Britaniyanın altıncı ən işlək hava limanıdır. Ötən il 15,7 milyondan çox sərnişinə xidmət göstərib.