Daha bir ölkə "Avroviziya" mahnı müsabiqəsini boykot etdi
Dünya
İslandiya "Avroviziya-2026" mahnı müsabiqəsində iştirakdan imtina edib.
News24.az xəbər verir ki, bu barədə Avstriyanın "Der Standard" qəzeti məlumat yayıb.
İslandiyanın belə bir qərar verməsinə səbəb Avropa Yayım Birliyinin (EBU) İsrailin bu müsabiqədə iştirakına rəsmi olaraq icazə verməsidir.
Xatırladaq ki, daha əvvəl Niderland, İspaniya, Sloveniya və İrlandiya da eyni səbəbdən müsabiqədə iştirakdan imtina ediblər.
Qeyd edək ki, "Avroviziya"-2026" Vyanada keçiriləcək.