Daha bir ölkə avroya keçmək istəyir
Dünya
"Avroya keçid Macarıstanın maraqlarına cavab verir".
News24.az xəbər verir ki, bu sözləri Macarıstanın gələcək baş naziri Peter Madyar deyib.
Bununla belə, o, keçid üçün konkret tarix deyə bilməyəcəyini etiraf edib. Madyar izah edib ki, onun hökuməti avrozonaya daxil olma müddətini iqtisadiyyatın vəziyyətini təhlil etdikdən sonra müəyyən edəcək.
Xatırladaq ki, 2026-cı ildə Bolqarıstan levdən imtina edərək avrozonaya qoşulan 21-ci ölkə olub. (Oxu.az)