Danimarka koronavirusa qarşı vaksinasiyanı dayandırır

Danimarka koronavirusa qarşı vaksinasiyanı dayandırır Dünya
Danimarka hökuməti ölkədə COVID-19-a qarşı peyvəndləmə prosesini dayandırır.

Danimarka Səhiyyə Nazirliyindən verilən açıqlamada virusun ölkə daxilində nəzarət altına alındığı və koronavirusa qarşı immunizasiyanın qənaətbəxş səviyyədə olduğu bildirlib.

Vaksinasiyanın mayın 15-dən etibarən dayandırılması planlaşdırılır.

Nazirlikdən verilən məlumata görə, payızda epidemioloji vəziyyətindən asılı olaraq peyvəndləməyə yenidən başlanıla bilər. /Oxu.az/