"Danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrdəyik" - Ərdoğan

"Danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrdəyik" - Ərdoğan Dünya
"Tezliklə atəşkəsə və sülhə nail olmaq hər kəsə faydalı olacaq. Düşünürük ki, danışıqlardan konkret nəticələrin alınmalı olduğu dövrə daxil olmuşuq".

News24.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayiib Ərdoğan deyib.

"İndiki mərhələdən etibarən siz nümayəndə heyətinin üzvləri kimi öz üzərinə tarixi bir məsuliyyət götürmüsünüz. Bütün dünya sizdən xoş xəbərlər gözləyir. Liderlərinizin rəhbərliyi ilə siz sülhün əsasını qoyursunuz. Biz sizin işinizi asanlaşdıracaq istənilən töhfəyə hazırıq” deyə Ərdoğan bildirib.