"Danışıqlar "Santa Barbara" serialına çevrilib" – Zelenski
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqlar prosesinin “Santa Barbara”ya çevrildiyini bildirib.
News24.az xəbər verir ki, onun sözlərinə görə, Yaxın Şərqdəki müharibə səbəbindən danışıqlar prosesi çox mürəkkəb vəziyyət alıb.
“Bu danışıqlarla bağlı əsl “Santa Barbara” yaşanır. Amerikalılar bildiriblər ki, görüşə hazırdırlar, lakin yalnız ABŞ-də. Çünki müharibə və təhlükəsizliklə bağlı vəziyyət onların hazırda ölkə ərazisindən kənara çıxmasına imkan vermir”, – deyə Zelenski bildirib.
O qeyd edib ki, Ukrayna tərəfi görüş üçün Mayami və ya Vaşinqtona uçmağa hazırdır. Rusiya tərəfi isə ABŞ-yə uçmaqdan imtina edib və görüşün Türkiyə və ya İsveçrədə keçirilməsini təklif edib. Lakin ABŞ tərəfi bu variantı qəbul etməyib. (UNİAN)