Dayanacaqdakı qadın cəsədinin televiziya aparıcısı olduğu - ORTAYA ÇIXDI
Dünya
İstanbul Ataşehirdə xəstəxananın dayanacağında avtomobildə tapılan cəsədin televiziya proqramlarının aparıcısı olan İşıl Deniz Palabıyıklara (41) aid olduğu müəyyən edilib.
News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.
Hadisə ilə bağlı təfərrüatlar da ortaya çıxıb.
Qətl Bürosu qruplarının hadisə ilə bağlı başlatdığı araşdırmada şəxsiyyət vəsiqəsi və ya cib telefonu olmayan cəsədin yerli televiziya kanallarında aparıcılıq edən İşıl Deniz Palabıyıklara aid olduğu müəyyən edilib.
Ülkər Abdurahmanlı