Dəfn mərasimində iranlı nazirin telefonu oğurlandı

Dəfn mərasimində iranlı nazirin telefonu oğurlandı Dünya
İranın gənclər və idman naziri Həmid Səccadinin mobil telefonu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

News24.az-ın məlumatına görə, bu barədə İran KİV-i məlumat verib.

Məlumata görə, hadisə Tehranda iranlı kinorejissor, prodüser Nadir Talıbzadənin dəfn mərasimində baş verib.

Hələlik İranın İdman və Gənclər Nazirliyi bu hadisəyə münasibət bildirməyib.