Dəm qazı 6 nəfərin həyatına son qoydu
Dünya
Düşənbədə altı nəfərdən ibarət bir ailənin üzvləri dəm qazından zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsinin məlumat yayıb.
"Bir ailənin altı üzvü dəm qazından zəhərlənərək ölüb", - hesabatda deyilir.
İdarənin məlumatına görə, hadisə fevralın 28-nə keçən gecə Düşənbənin şimalındakı Firdavsi rayonunda baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mehriban Mirzəzadə