Deputat kiçik partiyaları birləşməyə - ÇAĞIRDI

Deputat kiçik partiyaları birləşməyə - ÇAĞIRDI Dünya

"Kiçik partiyalar öz strategiyalarını nəzərdən keçirməlidirlər - 2024-cü il seçkilərində müxalifətin bir səs belə itirməməsi üçün, danışıqlar və birləşmək üçün resurslar tapmaq vacibdir”.

News24.az xəbər verir ki, bu barədə "Respublika Partiyası"nın sədri Xatuna Samnidze siyasi partiyaların reytinqləri barədə aparılan sorğuları şərh edərkən bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə 5%-lik seçki baryeri zamanı müxalifətin təxminən 20%-nin səsi itir və buna imkan vermək olmaz.

“Biz tendensiyaları görməli və təcrübəyə baxmalıyıq. Sorğular göstərir ki, seçicilər müxalifət düşüncəlidir. Kiçik partiyaların danışıqlar aparmaq və birləşmək üçün öz daxilində resurslar tapması həyati əhəmiyyət kəsb edir. 2024-cü il seçkilərində müxalifətin bir səs belə itirməməsi üçün, danışıqlar və birləşmək üçün resurslar tapmaq vacibdir. Kiçik partiyalar öz strategiyalarını nəzərdən keçirməlidirlər. Baryeri müstəqil keçəcəyimizdən və danışıqlara ehtiyac olmadığından söz açmaq, məncə, düzgün strategiya deyil. Görünən odur ki, 5 faizlik baryer şərtlərində biz hakimiyyəti bu cür dəyişə bilməyəcəyik. Belə olan halda 20% səs itmiş olur. Müxalifət üçün hər bir səsin önəmi var”, -deyə Samnidze vurğulayıb.

Məlumat üçün bildirək ki, hakim partiya 2024-cü il seçkilərində 5%-lik seçki baryerinin qüvvədə qalacağını bəyan edir. Belə olan halda 5%-dən aşağı səs toplayan partiyalar parlamentdə mandat qazana bilmirlər və onların səsləri 5%-dən yuxarı reytinqə malik partiyalar arasında bölüşdürülür.

Aynurə