Mübahisə etdiyi qadını hotelin 5-ci mərtəbəsindən atdı
Dünya
Türkiyənin Kayseri şəhərinin Talas rayonunda kişi mübahisə etdiyi qadını hotelin 5-ci mərtəbəsindən ataraq öldürüb.
News24.az xəbər verir ki, Türkiyə mediasının yaydığı məlumata görə, hadisə Mevlana məhəlləsində, Karasu küçəsində yerləşən 14 mərtəbəli hoteldə baş verib.
Məlumata görə, 30 yaşlı N.C.Ş. ilə 28 yaşlı Selin Gökhan arasında hotel otağında hələlik məlum olmayan səbəbdən mübahisə yaranıb. Mübahisənin davaya çevrilməsindən sonra N.C.Ş. qadını 5-ci mərtəbədən aşağı atıb. Selin Gökhan ara mərtəbələrdən birinin üzərinə düşüb.
Hadisə yerinə polis, təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Tibb əməkdaşlarının müayinəsi zamanı qadının öldüyü müəyyənləşdirilib.
N.C.Ş. polis tərəfindən saxlanılıb. Hotel otağında və hadisə yerində araşdırma aparılıb.
Selin Gökhanın meyiti ekspertiza üçün morqa göndərilib.
Faktla bağlı araşdırma başlanılıb. (Trend)