Dünya aclığa sürüklənir? – 45 milyon insan risk altında

Dünya aclığa sürüklənir? – 45 milyon insan risk altında Dünya

Dünyanı İran müharibəsi səbəbilə aclıq təhlükəsi gözləyir. Vəziyyət fəlakət həddinə yaxınlaşır.

News24.az xəbər verir ki, müharibə yay aylarına qədər davam edərsə, 45 milyonadək insan ərzaq çatışmazlığı ilə üzləşə bilər.

Ümumdünya Ərzaq Proqramında xəbərdarlıq edilir ki, vəziyyət kritik həddə yaxındır. Dünyada ac qalan insanların sayı rekord həddə çata – 319 milyonu keçə bilər.

Hörmüz boğazının bağlanması dünya üzrə gübrə ixracının təxminən 50 faizinin dayanmasına səbəb olub. Bu artıq kənd təsərrüfatına ciddi təsir edir və Avropa ilə Asiyada əkin kampaniyasını poza bilər.

Gübrələrin qiyməti 30 faiz artıb. Gübrə bazarının təxminən 20 faizinə nəzarət edən Rusiya bundan faydalana və ixracını artıra bilər.