Dron zərbəsi bir neçə dəqiqə ərzində bir ailəni məhv etdi
Dünya
Kiyev ətrafında baş verən növbəti PUA hücumu mülki əhali üçün faciə ilə nəticələnib.
News24.az xəbər verir ki, İran istehsalı olan "Şahed" tipli dronun yaşayış evini vurması nəticəsində ailə faciəsi yaşanıb. Azyaşlı uşaq isə ağır travma alıb.
Hadisə Ukraynada davam edən müharibənin mülki insanlara vurduğu ağır zərbələrin növbəti acı nümunəsi kimi qiymətləndirilir. Məlumata görə, Rusiya ordusunun Kiyev ətrafına endirdiyi dron zərbəsi zamanı Svitlana Blatova və onun həyat yoldaşı Maksim həyatlarını itiriblər.
Hücum anında evdə olan cütlük dərhal ölüb, onların dörd yaşlı qızları isə alov bürümüş evdən sağ çıxsa da, ciddi psixoloji və fiziki travma alıb.