Dubai - Təl-Əvivə uçan təyyarə ələ keçirildi - KİV - YENİLƏNDİ
Dünya
Qaçırılma siqnalı verən təyyarə Səudiyyə Ərəbistanında eniş edib.
News24.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumata görə, qaçırılma siqnalı pilotlar arasında baş verən fiziki qarşıdurmaya görə verilib.
***
Dubai - Təl-Əviv reysinin ələ keçirilə biləcəyi bildirilir.
News24.az xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Təyyarənin göyərtəsindən 7700 (fövqəladə vəziyyət) və 7500 (qaçırılma) siqnalları verilib.
Bundan sonra hava gəmisi Səudiyyə Ərəbistanına yönləndirilib.
İlkin məlumata görə, təyyarədə 150–180 sərnişin ola bilər.
İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats təcili iclas çağırıblar.