Dünyanın ən sürətli əlləri - Müxtəlif əşyaları eyni anda tuta bilir

Dünyanın ən sürətli əlləri - Müxtəlif əşyaları eyni anda tuta bilir Dünya

Dünyanın ən sürətli əllərinə sahib olduğu deyilən türkiyəli kontent yaradıcısı Məhəmməd Tevfit Çet İspaniyanın məşhur “El Hormiguero” televiziya proqramında qonaq olub.

News24.az xəbər verir ki, proqramda Çet uşaqlıq illərində müxtəlif idman növləri ilə məşğul olduğunu, zamanla sürətinin digərlərindən fərqli olduğunu hiss edərək bu istiqamətdə məşq etdiyini bildirib. O, istedadını inkişaf etdirərək müxtəlif əşyalar üzərində sınadığını qeyd edib.

Canlı yayım zamanı Məhəmməd Tevfit Çet havadakı əskinası və masadakı fincanı eyni anda tutub, həmçinin alışqan və oyun kartını bir əli ilə çox qısa müddətdə götürərək tamaşaçıların diqqətini çəkib.