Dünyanın ən təmiz ölkəsi məlum oldu

Dünyanın ən təmiz ölkəsi məlum oldu Dünya

Estoniya təmiz havası, geniş meşə əraziləri və qorunmuş təbiəti ilə dünyanın ən təmiz ölkəsi elan edilib.

News24.az xəbər verir ki, Baltik dənizi sahilində yerləşən Estoniya yaşıl landşaftı, az əhali sıxlığı və ekoloji siyasətləri ilə İsveçrə, Norveç və Finlandiya kimi təmizlik üzrə lider ölkələri geridə qoyub.

İkinci Dünya Müharibəsindən sonra kənd təsərrüfatı torpaqlarının böyük hissəsini meşələşdirən Estoniyanın bu gün 2 milyon hektardan çox meşə fondu var.

Bu, ölkə ərazisinin 50%-dən çoxunu təşkil edir. Cəmi 1,3 milyon əhalisi olan Estoniyada təbiət demək olar ki, tam toxunulmaz qalıb.