Dünyanın ən uzun kruizi başladı
Dünya
“Explorations by Norwegian” şirkəti dünyanın ən uzun fasiləsiz planlaşdırılan kruiz səyahətinə başlayıb. 371 gün davam edən dünya turu zamanı sərnişinlər 220 limana baş çəkəcək.
News24.az xəbər verir ki, 2026-cı il üçün nəzərdə tutulan kruiz artıq başlayıb və tam bron edilib. Gələn il isə səyahət 367 gün davam edəcək və fevralda Avstraliyadan başlayacaq. Marşruta Neapol, Kopenhagen, Helsinki, Zənzibar, Keyptaun, Yaponiya, Yunanıstan və Alyaska kimi məşhur istiqamətlər daxildir.
Səyahət “Regatta” laynerində həyata keçirilir. 348 kabinəsi olan gəmidə restoran, spa, hovuz, fitnes mərkəzi, kitabxana və bar fəaliyyət göstərir. Tam dünya turunun qiyməti isə 56 min funt sterlinqdən başlayır.