Edam cəzası uğursuz oldu
Dünya
ABŞ-də 50 yaşlı Krista Paykın edamı icrası uğursuz olub.
News24.az xəbər verir ki, edam zamanı qadına iki ölümcül inyeksiya vurulub, lakin o, huşunu itirməyib.
Məlumata görə, Krista Payk xəstəxanaya yerləşdirilib.
Edamın uğursuz olmasına səbəb kimi "venalara çıxışda yaşanan çətinliklər" göstərib. Paykın vəziyyəti barədə ətraflı məlumat verilmir.
Paykın edamı Tennessi ştatında 200 il ərzində ilk edam olmalı idi.
Qeyd edək ki, Krista Payk sinif yoldaşını öldürdüyü üçün edam cəzasına məhkum edilib.