Əfqanıstanda silahlı şəxs parkda insanlara atəş açıb, ölənlər var

Əfqanıstanda silahlı şəxs parkda insanlara atəş açıb, ölənlər var Dünya

Əfqanıstanın Herat vilayətinin İnjil rayonunda naməlum silahlılar parkda istirahət edən insanlara atəş açıblar.

News24.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Matin Kani məlumat verib.

Şahidlərin sözlərinə görə, silahlılar əvvəlcə kişiləri kütlədən ayıraraq onların həyat yoldaşları və uşaqlarının gözü qarşısında güllələyiblər. Qaçmağa çalışan qadınlar da vurulub, qurbanlar arasında uşaqlar var.

Bildirilir ki, "Seyid Məhəmməd Ağa" şiə ziyarətgahına ziyarətə gəlmiş şəxslər hücumun qurbanı olublar.

Əfqanıstan Daxili İşlər Nazirliyi hadisəni təsdiqləyib. Məlumata görə, 7 nəfər ölüb, 13 nəfər yaralanıb, bəzi yaralıların vəziyyəti ağırdır. (Oxu.az)