Əfqanıstanda təbii fəlakət nəticəsində 31 nəfər öldü

Əfqanıstanda təbii fəlakət nəticəsində 31 nəfər öldü Dünya

Əfqanıstanda güclü daşqınlar nəticəsində 31 nəfər ölüb, 74 nəfər yaralanıb.

 

News24.az-ın məlumatına görə, bu barədə Təbii Fəlakət Nəticələrinin Aradan Qaldırılması Nazirliyindən bildirilib. Budan əlavə bir neçə əyalətdə evlərə ciddi ziyan dəyib, qəza vəziyyətində olan bəzi tikililər isə dağılıb.

 

Qurumun yaydığı məlumatda o da qeyd olunub ki, təbiət hadisəsi 250 baş iribuynuzlu heyvanın tələf olması ilə nəticələnib.