“Əl-Cəzirə” telekanalının aparıcısı iranlı diplomatı - SUSDURDU
Dünya
“Əl-Cəzirə” kanalının aparıcısı Feysəl Qasim ilə iranlı diplomat Əmir Musəvi arasında baş verən mübahisə dünya, ərəb və İsrail mediasında geniş əks-səda doğurub.
News24.az bildirir ki, “Əl-Cəzirə” telekanalının aparıcısı iranlı diplomatı susdurub
Belə ki, kanalın aparıcısı iranlı diplomata deyib:
“Qüdsü azad etmək istəyirsiniz. Sonra nə edəcəksiniz? Onu hansı siyahıya əlavə edəcəksiniz? Acinsanların olduğu siyahıya, yoxsa dağıdılmış ölkə olan İrana? Bəlkə Yaxın Şərqin ən bədbəxt şəhərləri siyahısına əlavə etmək istəyirsiniz? Dünyanın ən çirkli şəhəri Bağdadın, ən böyük poliqon şəhəri Beyrutun, yoxsa xalqın aclıqdan öldüyü Dəməşqin siyahısına salmağı düşünürsünüz. Siz bölgədə olmadan öncə insanlar dinc və azad idilər”.
İranlı diplomat Əmir Musəvi isə bu sualların qarşısında yalnız bir cümlə deyib: “Bu, doğru deyil!”
Nəzrin