Elizabetin “Bentley”si hərraca çıxarılır - Foto
Dünya
Böyük Britaniyanın mərhum kraliçası II Elizabetə məxsus “Bentley Mulsanne Extended Wheelbase” avtomobili hərraca çıxarılır.
News24.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
2016-cı il istehsalı olan avtomobilin 400-500 min avroya (təxminən 37-46 milyon rubl) satılacağı gözlənilir. Onlayn hərrac artıq başlayıb və oktyabrın 14-də başa çatacaq.
Təqdim olunan “Bentley” kral ailəsi üçün xüsusi hazırlanmış bu modelin cəmi iki nümunəsindən biridir. Avtomobildə kraliçanın ehtiyacları nəzərə alınaraq, mərkəzi qoltuqaltıların yerində əl çantası üçün xüsusi bölmə quraşdırılıb. Qoz ağacından hazırlanan dekorativ hissələr kral gerbi ilə bəzədilib, salonda isə yüksək keyfiyyətli dəridən və quzu yunundan hazırlanmış xalçadan istifadə olunub.
Lakin avtomobil satışa çıxarılarkən kral gerbi və çanta üçün nəzərdə tutulan xüsusi bölmə salonda olmayacaq. Kral qarajının nümayəndələri avtomobil rəsmi xidmətdən çıxarıldıqdan sonra bu elementlərin sökülməsini istəyiblər.
“Barnato Green” adlı tünd yaşıl rəngdə olan avtomobil 2019-cu ilədək kral ailəsinin xidmətində olub.
Daha sonra kraliça yeni “Bentley Mulsanne” modelindən istifadə etməyə başlayıb. Həmin avtomobil 2022-ci ildə II Elizabetin vəfatınadək onun xidmətində olub.
