Epşteyn sənədlərində Zelenski və Makronun çılpaq fotoları var?
Dünya
ABŞ-nin qalmaqallı maliyyəçisi Ceffri Epşteyn işi üzrə məxfilikdən çıxarılan sənədlərdə süni intellekt tərəfindən yaradılmış bir görüntü aşkar edilib.
News24.az xəbər verir ki, həmin görüntüdə Ukrayna prezidenti Volodimir Zelenski, Fransa lideri Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer çılpaq halda yataqda uzanmış vəziyyətdə təsvir olunub.
Kadr ABŞ hakimiyyət orqanlarının adını gizli saxladığı bir şəxs tərəfindən Epşteynə göndərilmiş elektron məktublardan birinə əlavə edilib.
Həmin şəkildə Zelenski Makron və Starmerlə yataqda uzanıb.
Ekspertlər belə qənaətə gəliblər ki, üç ölkə liderinin yer aldığı bu görüntü böyük ehtimalla süni intellektlə yaradılıb. /RİA/