Epşteynin kompüterindən çıxan sənədlər qan dondurdu
Dünya
ABŞ-də yetkinlik yaşına çatmayan qızlara qarşı cinsi istismar şəbəkəsini idarə etməkdə ittiham olunan milyarder Ceffri Epşteynin kompüterindən əldə edilən yeni materiallar işin dəhşətli detallarını ortaya qoyub.
News24.az xəbər verir ki, Epşteynin kompüterində gizli videolar və sənədlər tapılıb. Videolarda gənc qızlar kamera qarşısında gəzir, poz veririr. Bəziləri yarıçılpaq və ya fərqli geyimlərdə lentə alınıb.
Sənədlər və videolar Epşteynin qurbanlarını modellik vəd edərək öz zorakılıq şəbəkəsinə cəlb etdiyini göstərir. Həmin dövrdə onun yaxın əməkdaşlarından biri Fransa model agentliyinin sahibi Jan-Lük Brunel olub. O da Epşteynin fəaliyyətində iştirak etməkdə ittiham olunurdu.
Yeni açıqlanan sənədlərin senzurasız versiyaları ABŞ Nümayəndələr Palatasının üzvləri Tomas Massi və Ro Xanna tərəfindən nəzərdən keçirilib. Onlar milyonlarla sənəd arasında cinayətlə əlaqəli şəxslərin müəyyən edildiyini bildirib. Bu materiallar Epşteyn şəbəkəsinin qlobal miqyasda fəaliyyətini və qurbanların müxtəlif ölkələrdən ola biləcəyini ortaya qoyur.
Qeyd edək ki, Epşteyn 2019-cu ildə həbsxanada ölmüşdü, Brunel isə məhkəməni gözləyərkən vəfat edib.