“Epşteyn işi”ndə yeni iddialar: Gizli uşaqla bağlı sensasion detal

“Epşteyn işi”ndə yeni iddialar: Gizli uşaqla bağlı sensasion detal Dünya

ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlərdə maliyyəçi Ceffri Epşteynlə bağlı yeni və diqqətçəkən iddialar yer alıb. Materiallarda onun mümkün gizli övladlarının ola biləcəyinə dair qeydlər olduğu bildirilir.

News24.az xəbər verir ki, sənədlərə daxil edilən gündəlik qeydlərinə əsasən, Epşteynin zərərçəkmişi olduğu iddia edilən gənc bir qadın 2002-ci ildə 16–17 yaşlarında uşaq dünyaya gətirib. Qeydlərdə körpənin doğuşdan təxminən on dəqiqə sonra anasından alındığı qeyd olunur.

Fayllarda həmin qadının 20 həftəlik hamiləliyini göstərən ultrasəs müayinəsinin surətinin də olduğu bildirilir. Gündəlikdə zərərçəkmiş doğuş zamanı körpənin ağlama səsini eşitdiyini yazsa da, uşağın sonrakı taleyi ilə bağlı məlumatın olmadığı vurğulanır.

İddialara görə, hadisə Epşteynin keçmiş tərəfdaşı Gisleyn Maksvellin nəzarəti altında baş verib. Sənədlərdə həmçinin 2011-ci ildə Epşteynə göndərildiyi iddia olunan və uşağın doğulmasına işarə edən elektron məktub istinadlarının yer aldığı qeyd edilir.

Qeyd edək ki, bu məlumatlar sənədlərdə yer alan iddialara əsaslanır və rəsmi şəkildə təsdiqlənməyib.

“Epşteyn işi”ndə yeni iddialar: Gizli uşaqla bağlı sensasion detal “Epşteyn işi”ndə yeni iddialar: Gizli uşaqla bağlı sensasion detal