Epşteynlə bağlı ŞOK SƏNƏD tapıldı: Ölümündən bir gün əvvəl…
Dünya
Epşteynin ölümü ilə bağlı inanılmaz sənəd ortaya çıxıb. Materiallar arasında milyarderin ölümü ilə bağlı prokurorluğun press-relizinin qaralama variantı tapılıb.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.
Maraqlısı odur ki, sənəd 9 avqust 2019-cu il tarixi ilə qeyd olunub, yəni Epşteynin rəsmi olaraq ölü tapılmasından bir gün əvvəl.
Həbsxana qeydlərinə əsasən, Epşteyn 10 avqust səhər saatlarında Nyu-Yorkdakı həbsxana kamerasında huşsuz vəziyyətdə aşkar edilib. Eyni zamanda məlum olub ki, ölümündən əvvəlki gecə mühafizəçilər nizamnaməyə uyğun yoxlamaları aparmayıblar, kameranın yaxınlığındakı müşahidə kameraları isə nasaz olub.
Buna baxmayaraq, istintaqın rəsmi mövqeyi dəyişməz qalır: Epşteynin özünü asaraq intihar etdiyi bildirilir.