Əraqçının bacısı dəfn edildi - Foto
Dünya
İranın xarici işlər naziri Abbas Əraqçının bacısı Bədr əs-Sədat Əraqçının dəfn mərasimi keçirilib.
News24.az xəbər verir ki, mərasimdə Abbas Əraqçı da iştirak edib.
İran mediasında onun dəfn mərasimində iştirakı ilə bağlı görüntülər yayımlanıb.
Məlumata görə, o, uzun müddət xərçəng xəstəliyindən müalicə alıb.
Abbas Əraqçının özü də bacısının təxminən bir il xəstəliklə mübarizə apardığını qeyd edib.