Ərdoğan bu deputatlara qadağa qoydu
Dünya
Rəcəb Tayyib Ərdoğanın hakimiyyət partiyasında son günlər iki millət vəkilinin açıqlamaları ciddi müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, idialara görə, Prezident mübahisəli çıxışları ilə gündəmə gələn "AK Parti" deputatları barədə müdaxilə qərarı verərək onların media çıxışlarına məhdudiyyət tətbiq edib.
Söhbət "AK Parti"nin Təkirdağ millət vəkili Mestan Özcan və CHP-dən "AK Partiya"ya keçmiş Mersin millət vəkili Hasan Ufuk Çakırdan gedir. Mestan Özcanın “500 min lirə ilə dolana bilmirəm” açıqlaması sosial mediada geniş tənqid olunub. Hasan Ufuk Çakır isə təqaüdçülərlə bağlı çıxışı zamanı səsləndirdiyi fikirlərə görə mübahisələrin mərkəzinə düşüb.
Türkiyə mediasında gedən xəbərələrə, o cümlədən jurnalist İsmail Saymazın istinad etdiyi məlumatlara görə, Prezident Ərdoğan hər iki deputatın televiziya çıxışlarına qadağa qoyulması barədə göstəriş verib.
Hadisə AK Parti daxilində kommunikasiya və media strategiyasının yenidən nəzərdən keçirildiyi barədə iddiaları da gücləndirib.