Məşhur şirkət nəqliyyat vasitələrini geri çağırır
Dünya
Amerikanın məşhur motosiklet istehsalçısı Harley-Davidson təhlükəsizlik səbəbilə 9 mindən çox motosikletini geri çağırdığını açıqlayıb.
News24.az-ın məlumatına görə, 2021–2026-cı illərə aid “Sportster S” seriyasında texniki nasazlıq aşkarlanıb.
Nasazlıq sükan mexanizmi ilə bağlı detalda qırılma riski ilə əlaqədardır. Bildirilir ki, həmin hissənin zədələnməsi sürücünün idarəetməni itirməsinə və ciddi yol-nəqliyyat hadisəsinə səbəb ola bilər.
Şirkət geri çağırılan 9 401 ədəd motosikletin rəsmi servislərdə pulsuz yoxlanılacağını, zəruri hallarda isə detalların dəyişdiriləcəyini bildirib.