Ərdoğan dünyaya bəyan etdi: - "Heç bir imperialist güc Türkiyəni..."
Dünya
"Qarşıdakı dövrdə ən böyük hədəfimiz demokratiyamızı çevriliş konstitusiyasının utancından xilas etmək və Cümhuriyyətimizin 100-cü ildönümünə yaraşan sivil, liberal və əhatəli bir konstitusiyaya sahib olmaqdır. Bu tarixi gündə bunu bir daha bütün dünyaya bəyan edirik".
News24.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə verdiyi açıqlamada bildirib.
Ərdoğan cümhuriyyətin ikinci əsrinə “Türk Əsri” vizyonu ilə qədəm qoyulduğunu deyib.
"Cümhuriyyətimizi daha güclü, daha firavan və daha prestijli bir şəkildə daha uzun illərə daşımaq əzmindəyik"
Ölkə başçısı Türkiyənin qarşıdakı dövr üçün hədəflərindən danışıb.
“Qarşıdakı dövrdə ən böyük hədəfimiz demokratiyamızı çevriliş konstitusiyasının utancından xilas etmək və Cümhuriyyətimizin 100 illiyinə layiq sivil, liberal və əhatəli konstitusiya ilə təmin etməkdir. Heç bir imperialist güc Türkiyə Cümhuriyyətinin xoşbəxt, uğurlu və qalib olmasının qarşısını ala bilməyəcək”.
Ayşən