Ərdoğan İsrail və Fələstində baş verənlərdən - DANIŞDI

Ərdoğan İsrail və Fələstində baş verənlərdən - DANIŞDI Dünya

Türkiyə İsrail və Fələstində baş verən hadisələri izləyir.

News24.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim AK Partiyanın qrup iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, ölkəsi həm İsrail, həm də Fələstində mülki əhalinin öldürülməsini qınayır.

Ərdoğan İsraili müharibə qaydalarına əməl etməyə çağırıb. O, həmçinin əlavə edib ki, Türkiyə ədalətli vasitəçilik etməyə hazırdır.