Ərdoğan Macarıstana səfər edib
Dünya
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək üçün Budapeştə səfər edib.
News24.az xəbər verir ki, Ərdoğanı Esenboğa hava limanında vitse-prezident Cevdet Yılmaz, prezidentin baş katibi Hakkı Susmaz və Ankara valisi Vasip Şahin yola salıblar.
Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan, Prezidentin Kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç da Macarıstana yola düşüb.
Qeyd edək ki, Ərdoğanın “Şərqlə Qərbin Görüş Nöqtəsi” mövzusu ilə keçiriləcək Budapeşt Zirvə Toplantısı çərçivəsində TDT Dövlət Başçıları Şurasının Toplantısına qatılacağı, iştirakçı dövlət və hökumət başçıları ilə ikitərəfli danışıqlar aparacağı nəzərdə tutulur.
Günel Məlikzadə