Ərdoğan Pezeşkianla sülh danışıqlarını müzakirə etdi

Ərdoğan Pezeşkianla sülh danışıqlarını müzakirə etdi Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefonla danışıb.

News24.az xəbər verir ki, liderlər növbəti sülh danışıqlarını müzakirə edib.

Ərdoğan qarşıdakı günlərdə başlayacaq danışıqlardan davamlı sülh və sabitlik naminə maksimum dərəcədə istifadə olunmasının vacibliyini vurğulayıb.

O, prosesi pozmaq istəyənlərə fürsət verilməməsinin böyük əhəmiyyət daşıdığını qeyd edib və Türkiyənin hər cür töhfə verməyə hazır olduğunu bildirib.