Ərdoğan zəlzələ bölgəsinə - GEDƏCƏK

Ərdoğan zəlzələ bölgəsinə - GEDƏCƏK Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən ilin fevralında baş verən 7,4 bal gücündəki güclü zəlzələnin birinci il dönümündə təbii fəlakət nəticəsində dağılan bölgələrə səfər edəcək. 

News24.az xəbər verir ki, səfər zamanı Ərdoğanın bölgədə aparılan işlərlə tanış olub, hazırlanan evlərin təhvil verəcəyi gözlənilir. 

İlk olaraq ölkə rəhbəri Hatay, Qaziantep, Kahramanmaraş, Şanlıurfa, Adıyaman və Elazığ səfər edəcək. Ərdoğanın zəlzələdən zərər çəkmiş digər əyalətlərə də səfər edəcəyi gözlənilir.