Ərdoğandan mühüm girov açıqlaması: - "Türkiyə müdaxilə etsə, dərhal..."
Dünya
“HƏMAS-ın dinc sakinləri girov saxlamaqda maraqlı deyil”.
News24.az xəbər verir ki, bu barədə bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib .
Onun sözlərinə görə, girovların azad edilməsində irəliləyiş əldə etmək üçün israillilərlə fələstinlilərin azad edilməsi üçün qarşılıqlı prosesi təşkil etmək lazımdır.
“Əgər biz Türkiyə olaraq müdaxilə etsək, İsrail fələstinliləri, digər tərəfdən isə HƏMAS-ın əlində olan israilliləri dərhal azad etməlidir. Ancaq burada iki şey var: əsgərlər və mülki insanlar ”, - deyə prezident qeyd edib.
O, müsbət addımlar atılarsa, Türkiyənin istənilən riskə gedəcəyini və bu problemin həllinə öz töhfəsini verməyə çalışacağını yekunlaşdırıb.
Ayşən