Ərdoğanla görüşdə etdiyi bu hərəkəti gündəm oldu – VİDEO

Ərdoğanla görüşdə etdiyi bu hərəkəti gündəm oldu – VİDEO Dünya

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə rəsmi səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü gündəm olub.

News24.az xəbər verir ki, Prezident Sarayında keçirilən rəsmi qarşılanma mərasimindən sonra liderlər arasında təkbətək görüş baş tutub. Daha sonra Türkiyə ilə Yunanıstan arasında 6-cı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının heyətlərarası iclası keçirilib və sənədlərin imzalanma mərasimi təşkil olunub.

Mərasimdən sonra iki lider birgə mətbuat konfransı keçiriblər. Bu zamanı diqqətçəkən bir hadisə yaşanıb. Belə ki, Mitsotakis burnunu silmək üçün istifadə etdiyi salfeti qoymağa yer tapa bilmədiyi üçün onu qarşısındakı qovluğun içinə yerləşdirib. Həmin anın görüntüləri qısa zamanda sosial mediada yayılaraq müzakirələrə səbəb olub.