Ərdoğanla Putin regiondakı vəziyyəti - müzakirə edəcək

Ərdoğanla Putin regiondakı vəziyyəti - müzakirə edəcək Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə Rusiya prezidenti Vladimir Putinlə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar apara bilər. 

News24.az xəbər verir ki,  “RİA Novosti” Ərdoğan administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, İslam Əməkdaşlıq Təşkilatının sammitindən sonra Ərdoğan Qəzzadakı vəziyyətin nizamlanması mövzusunda dünya liderləri ilə telefon danışıqlarını bərpa edəcək.

O, Rusiya prezidenti ilə danışıqların mümkünlüyünü istisna etməyib.

"Çox güman ki, cənab prezident Rusiya rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edəcək".

Ayşən