Ərəb dünyası şokda: "İkinizlə daha çox vaxt keçirmək istəyirəm"

Ərəb dünyası şokda: "İkinizlə daha çox vaxt keçirmək istəyirəm" Dünya

Ceffri Epşteynə aid yeni açıqlanan sənədlər onun 2011–2012-ci illərdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) diplomatı Hind Əl-Oveyslə sıx əlaqədə olduğunu üzə çıxarıb.

News24.az xəbər verir ki, sənədlərə elektron poçt yazışmaları və üzbəüz görüşlərlə bağlı qeydlər daxildir.

Yazışmalarda Əl-Oveysin Epşteyni bacısı ilə tanış etmək istədiyini açıq şəkildə ifadə etdiyi, Epşteynin isə “bu, gələcək işiniz üçün faydalı ola bilər” və “ikinizlə daha çox vaxt keçirmək istəyirəm” kimi cavablar verdiyi qeyd olunur. 2012-ci ilin yanvarına aid qeydlərdə planlaşdırılan görüşlər də əks olunub.

Bu əlaqələrdən təxminən dörd il sonra, 2015-ci ildə Hind Əl-Oveys BƏƏ-ni təmsil edərək BMT-də baş məsləhətçi vəzifəsinə təyin olunub. Hazırda o, BƏƏ-nin İnsan Hüquqları üzrə Daimi Komitəsinin direktoru kimi fəaliyyət göstərir.

Sənədlərdə Epşteynin bu təyinatda birbaşa rolu göstərilməsə də, əlaqələrin vaxtı və intensivliyi beynəlxalq ictimaiyyətdə suallar doğurur.