Ərdoğandan Netanyahuya sərt sözlər: - "gəldi-gedərsən, əcəlin çatır!"
Dünya
“Türk milləti olaraq bu torpaqlarda azad və dinc yaşamaq istəyiriksə, güclü olmalıyıq. Biz hər sahədə, o cümlədən siyasətdə, iqtisadiyyatda, təhlükəsizlikdə güclü olmasaq, bu torpaqlarda yaşamağa imkan verməzlər. Torpaqlarımızla bağlı pis fikrə düşən insanlar özlərini ifşa edirlər”
News24.az “NTV”yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Netanyahu nazirlərin arasında mətbuata açıqlama verir, düşünür ki, nazirlər onu xilas edəcək.
“Həmin nazirlər Netanyahu ilə eyni istiqamətdə gedirlər. Netanyahu gəldi-gedərdi. Bütün məsələ dünyada haqlının yanında dayananların mövqeyidir. Bununla bağlı gözlənilən irəliləyişlər varmı? Xeyr, hələ də baş vermir. Qərb, xüsusən də ABŞ bu vəziyyətə hələ də tərs baxır. Fransa əvvəlcə fərqli bəyanatlar verirdi, indi görürsən ki, geri addım atır. Dürüst ol! Bir gün belə, sabah elə etmə”, - Türkiyə lideri bildirib.
Ölkə başçısı bildirib ki, müharibə qanununun birinci qaydası uşaqlara, qadınlara, qocalara, xəstələrə toxunmamaqdır.
“Buradan Netanyahuya səslənirəm, atom bombanız var, ya yox? Əgər varsa, çıxıb izahat verin. Ey İsrail, sənin də nüvə bomban var, onunla hədələyirsən. Artıq əcəlin çatır. Nəyə sahib olursan ol, müvəqqətisən”, - deyə prezident vurğulayıb.
Ayşən