Ermənistan Müdafiə Nazirliyinin binası PARTLADILDI - – VİDEO

Ermənistan Müdafiə Nazirliyinin binası PARTLADILDI - – VİDEO Dünya

Ermənistan Müdafiə Nazirliyinin keçmiş binası hökumətin qərarı ilə partladılıb.

News24.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, nazirlik indiki binaya köçürüldükdən sonra burada evi olmayan ailələr məskunlaşıb.

2023-cü ildə binaya baxış keçirilib və onun qəzalı olması barədə rəy hazırlanıb. Daha sonra hökumət həmin il aprelin 15-də tikilinin sökülməsinə qərar verib.

Həmin qərar bu gün səhər saatlarında icra edilib.