Ermənistan ordusunun hərbçisi öldü

Ermənistan ordusunun hərbçisi öldü Dünya

Ermənistanda hərbi hissələrdən birində hərbçi ölüb. Hadisə ilə bağlı cinayət işi başlanılıb.

News24.az xəbər verir ki, bu barədə Armenpress Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyana istinadən məlumat yayıb.

"İstintaq və prosessual hərəkətlər həyata keçirilir", – deyə Kima Avdalyan rəsmi feysbuk səhifəsində paylaşdığı açıqlamada qeyd edib.

Hadisənin başvermə səbəbləri və hərbçinin ölümünün hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. İstintaq davam edir.