Ermənistan və Türkiyə bu məsələni müzakirə edir

Ermənistan və Türkiyə bu məsələni müzakirə edir Dünya

Ermənistan və Türkiyə iki ölkənin tələbələri üçün təqaüdlərin təsis edilməsi imkanını müzakirə edir.

News24.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentin xarici əlaqələr komissiyasının iclasında bildirib.

Onun sözlərinə görə, İrəvan və Ankara arasında dialoq davam edir və bu çərçivədə hər iki ölkənin ali məktəb tələbələrinin dəstəklənməsi təşəbbüsü nəzərdən keçirilir.

Gümrü–Qars dəmir yolu xətti üzrə əlaqələrin bərpası məsələsinə toxunan nazir qeyd edib ki, artıq ərazidə infrastrukturun vəziyyətini qiymətləndirən iki mütəxəssis qrupu işləyib.

Həmçinin mədəni sahədə əməkdaşlıq, o cümlədən Ani körpüsünün bərpası imkanları da müzakirə olunur.