Ermənistanda Azərbaycanla kommunikasiya yollarının açılması üzrə yeni komissiya formalaşdırıldı
Dünya
Ermənistanın baş naziri Nikol Paşinyanın qərarı ilə Azərbaycanla kommunikasiya yollarının açılması üzrə yeni komissiya yaradılıb.
News24.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, komissiyanın tərkibinə xarici işlər naziri Ararat Mirzoyanın həyat yoldaşı Goar Abacanyan da daxil edilib.
Həmin qərarla komissiyanın tərkibinə keçən il vəzifədən ayrılan Ali Məhkəmə Şurasının keçmiş sədri Karen Andreasyan da daxil olunub. O, hazırda Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi vəzifəsini tutur.
Komissiyaya baş nazir müavini Mher Qriqoryan rəhbərlik edir.