Ermənistanda dəfn pulunu kəsib pensiyaları artırırlar
Dünya
Ermənistanda 2027-ci ildə minimum pensiyanın məbləği artırılacaq, dəfn müavinətləri isə yalnız sosial baxımdan təminatsız şəxslərin reyestrinə daxil olan vətəndaşlara veriləcək.
News24.az xəbər verir ki, bunu əmək və sosial rifah naziri Arsen Torosyan hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Nazirin sözlərinə görə, 2027-ci ildə minimum pensiya 46 min dramdan 47 min drama yüksələcək. İş stajına görə pensiyalara isə əlavə 500 dram artım tətbiq olunacaq.
Müxtəlif sosial müavinətlərin məbləği də 47 min drama çatdırılacaq.
Nazir bildirib ki, dəfn müavinətlərinin verilməsi məhdudlaşdırılacaq və bu vəsaitlər əsasən ehtiyacı olan vətəndaşlara yönəldiləcək.