Paşinyanı devirmək istəyənlər - SAXLANILDI
Dünya
Ermənistanda hakimiyyəti silahlı yolla ələ keçirilməsinə hazırlaşmaqda şübhəli bilinən 8 nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, “Səlibçilər” hərbi-vətənpərvər ictimai təşkilatının üzvləri əllərindəki silahlardan həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılıqdan istifadə etməklə hakimiyyəti ələ keçirmək barədə razılığa gəliblər.