Ermənistanda iki müxalifətçi saxlanıldı
Dünya
İrəvanda hazırkı hökuməti və Baş nazir Nikol Paşinyanı sərt tənqid edən iki müxalifətçi saxlanılıb.
News24.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan polisi “İmnemimi” proqramının həmmüəllifləri və aparıcıları Narek Samsonyan ilə Vazgen Saqatelyanı saxlayıb.
N.Samsonyanın vəkili Ruben Melikyan jurnalistlərə açıqlamasında müxalifətçinin xuliqanlıq ittihamı ilə saxlanıldığını bildirib.