Ermənistanda kəskin bahalaşma davam edir

Ermənistanda kəskin bahalaşma davam edir Dünya

Ermənistanda ərzaq və digər malların kəskin bahalaşması davam edir.

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, bu barədə erməni iqtisadçı Suren Parsyan açıqlama edib. O bildirib ki, bu il görünməmiş qiymət artımı müşahidə edilir və bu, uzunmüddətlidir: "Bütün mallar - ərzaq, geyim, ev əşyaları, dəftərxana ləvazimatları bahalaşıb. Təkcə geyimlərdə 5,5 faiz bahalaşma qeydə alınıb".

İqtisadçı insanların gəlirinin artmadığını da vurğulayıb.