Ermənistanda valideyn məktəbə gəlib qızını döydü
Dünya
Ermənistanda məktəblərdən birində ata 14 yaşlı qızı dərs zamanı döyüb.
News24.az xəbər verir ki, hadisə bir neçə gün bundan öncə baş verib.
Məlumata görə, ata dərs zamanı məktəbə gəlib. O, sinif otağına daxil olaraq müəllim və şagirdlərin qarşısında qızını döyməyə başlayıb.
Hadisəyə müəllimlər müdaxilə edib və direktorla birlikdə onu məktəb binasından çıxarıblar.
Məlumata görə, insident ailə məsələlərinə görə baş verib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb. Məktəbli qızın atasına qarşı ittiham irəli sürülüb.
Qətimkan tədbiri olaraq onun barəsində başqa yerə getməmək haqqında iltizam seçilib.