Ermənistanda vəzifəli şəxslər həbs edildi

Ermənistanda vəzifəli şəxslər həbs edildi Dünya

Ermənistanın Şirak vilayətində rüşvət alma və vermə işi ilə bağlı 10 nəfər saxlanılıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Komitədən bildirilib ki, cinayət işi çərçivəsində saxlanılanlar arasında Məhkəmə Aktlarının Məcburi İcrasını Təminetmə Xidmətinin Şirak ərazi idarəsinin rəisi və daha iki vəzifəli şəxs də var.

Üç vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Digər təqsirləndirilən şəxslər barəsində isə alternativ qətimkan tədbirləri tətbiq olunub.

İstintaq davam edir.